azturkxeber.az
http://azturkxeber.az

Bakıda "Şanlıurfa Mədəniyyət Günləri" keçiriləcək

04-09-2026

Sentyabrın 5-6-da Bakının İçərişəhərində “Şanlıurfa Mədəniyyət Günləri” keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, mədəniyyət günləri Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyi, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) , Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə təşkil olunur.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə arasında tarixi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, Şanlıurfanın zəngin mədəni irsinin Azərbaycan ictimaiyyətinə tanıdılması və iki qardaş ölkənin şəhərləri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsidir.

“Şanlıurfa Mədəniyyət Günləri” çərçivəsində müxtəlif mədəni tədbirlər və təqdimatlar təşkil olunacaq.

Proqramın ilk günü – sentyabrın 5-də saat 11:00-da İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində mətbuat konfransı keçiriləcək.

Həmin gün saat 18:00-da isə İçərişəhərin Qoşa Qala Qapısı meydanında tədbirin rəsmi açılışı baş tutacaq. Açılış mərasimindən sonra konsert proqramı təqdim ediləcək.

İki gün davam edəcək “Şanlıurfa Mədəniyyət Günləri” Şanlıurfanın musiqisi, folkloru, sənətkarlığı və zəngin tarixi-mədəni irsinin nümayiş etdirilməsi baxımından mühüm mədəni platforma olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930