azturkxeber.az
http://azturkxeber.az

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

03-09-2026

"Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal gündəmdə daha dolğun əks olunmasına imkan yaradır".

Bunu Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.

Spiker çıxışı zamanı Milli Məclisin beynəlxalq fəaliyyəti, müxtəlif regional və beynəlxalq parlament təşkilatlarında iştirakından da danışaraq, bu çərçivədə 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətindən söz açıb. O qeyd edib ki, Azərbaycanın bu təşkilata sədrliyi dövründə onun fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib, institusional strukturları formalaşdırılıb və regional, eləcə də beynəlxalq parlament təşkilatlar ilə əlaqələri genişləndirilib.

Bildirilib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin keçirdiyi tədbirlər 70-dən çox ölkədən parlament rəhbərləri və deputatlar da daxil olmaqla, mindən artıq iştirakçını bir araya gətirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930