azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

03-09-2026

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində sentyabrın 3-də Cenevrədə BMT-nin Cenevrə bölməsinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-BMT münasibətlərinin tarixinə toxunularaq diqqətə çatdırılıb ki, gələn il Azərbaycanın BMT-yə üzvlüyünün 35 ili tamam olur. Söhbət zamanı ötən illər ərzində Azərbaycanın BMT-nin işinə verdiyi töhfələr, gördüyü işlər və keçirdiyi tədbirlər yüksək qiymətləndirilib.

Milli Məclisin sədri çoxtərəfliliyin inkişaf etdirilməsində parlament diplomatiyasının rolu, parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb. Spiker yeni yaradılmış və artıq güclü əsaslara malik olan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin gördüyü işlər barədə qarşı tərəfə məlumat verib. Eyni zamanda, dünyanın ən böyük parlament təşkilatı olan Parlamentlərarası İttifaq (PAİ) barədə də danışılıb. Tərəflər BMT ilə PAİ arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşdə demokratik idarəetmənin gücləndirilməsində parlamentlərin mühüm rolu və tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930