azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin komitə sədri Səməd Seyidov ATƏT PA-nın prezidenti ilə görüşüb

03-09-2026

Sentyabrın 3-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietro ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Səməd Seyidov Azərbaycan ilə təşkilat arasındakı əməkdaşlıq, regionda sülhün və etimad mühitinin möhkəmləndirilməsi məsələlərinə toxunub. O, ATƏT PA-nın regionda fəaliyyəti barədə fikirlərini bölüşüb, Azərbaycanın regionda sülh və sabitliyin təşviqində nümunəvi ölkə olduğunu diqqətə çatdırıb.

ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietro Azərbaycanın regiondakı geostrateji roluna, Avropa ilə iqtisadi-logistik əlaqələrə və parlament diplomatiyasının perspektivlərinə toxunaraq ölkəmizin geniş regionda qlobal iqtisadi layihələrin, logistikanın mərkəzində durduğunu və Avropanın etibarlı qaz təchizatçısı kimi mühüm rola malik olduğunu xüsusi vurğulayıb.

Pere Joan Pons Sanpietro Azərbaycanın Ermənistanla münasibətlərdə və regionda sülhün bərqərar olunmasında nadir bir model yaratdığını vurğulayıb.

Görüşdə iştirak edən ATƏT PA-nın vitse-prezidenti, bu təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qraça, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov və Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev Cənubi Qafqazda formalaşan yeni geopolitik reallıqlar, Azərbaycanın təşkilatla əməkdaşlığı və parlament diplomatiyasının vacibliyi barədə fikirlərini bölüşüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930