azturkxeber.az
http://azturkxeber.az

Kreditinizi Birbank-a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin

03-09-2026

Digər banklarda krediti olan müştərilər üçün Birbank-ın kredit köçürmə kampaniyasının müddəti uzadılıb. 30 sentyabr 2026-cı ilədək davam edəcək kampaniya çərçivəsində müştərilər digər banklardakı kreditlərini Birbank-a köçürərək bankın təklif etdiyi kreditə 6%-dək güzəştdən yararlana bilərlər.

Azturkxeber.az-ın məlumatına görə, kampaniya üzrə təqdim olunan nağd pul kreditinin maksimal məbləği isə 50 000 manatdan 80 000 manatadək artırılıb.

Kampaniyadan Kapital Bank-dan və ya istənilən digər bankdan əməkhaqqı və ya təqaüd alan şəxslər yararlana bilərlər. Kredit 59 ayadək müddətə təqdim olunur. Şərtlər isə müştərinin fərdi qiymətləndirilməsindən asılı olaraq müəyyən edilir.

Bir neçə bankda krediti olan müştərilər üçün öhdəliklərinin bir mərkəzdə birləşdirilməsi həm ödənişlərin izlənilməsini, həm də aylıq büdcənin planlaşdırılmasını daha da sadələşdirir.

Kampaniyadan yararlanmaq istəyən hər kəs ən yaxın Kapital Bank filialına müraciət edə bilər.

Ətraflı məlumat üçün link: http://www.b-b.az/bbclrfn

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930