Çövkən üzrə dünya çempionu olan azərbaycanlı idmançılara fəxri ad verilib





İyun ayında Bakıda keçirilən Çövkən üzrə Dünya Çempionatında qələbə qazanan Azərbaycan idmançıları “Azərbaycan Respublikasının İdman ustası” fəxri adına layiq görülüblər.
Azturkxeber.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb. Görüş zamanı Elçin Camallı, Tərlan Qurbanəliyev, Vahid Məmmədov, Şəfayət Budaqov, Şahmar Nağızadə, Amil Namazov, Rəşad Həsənov və Səxavət İsmayılova “Azərbaycan Respublikasının İdman ustası” fəxri adının döş nişanları və müvafiq vəsiqələri təqdim olunub.
Qeyd edək ki, Azərbaycan milli çövkən komandası iyunun 7-13-də keçirilən dünya çempionatında 4 oyun keçirib. Komandamız bu görüşlərin 3-də qələbə qazanıb, 1 oyunu isə heç-heçə başa vuraraq turnirin qalibi olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: