azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan ilə bp şirkəti arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

03-09-2026

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli sentyabrın 2-də bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, qonağı salamlayan nazir Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlığın istiqamətlərindən birinin də mədəniyyət sahəsi olduğunu bildirib. Qeyd olunub ki, şirkətin muzey və sərgilərin təşkili, yaradıcı təşəbbüslərin təşviqi, o cümlədən görkəmli mədəniyyət xadimlərinin irsi ilə bağlı nəşrlərə verdiyi dəstək təqdirəlayiqdir.

Şirkətin regional prezidenti Cio Kristofoli Azərbaycanda mədəniyyət sahəsində müxtəlif layihələrə bundan sonra da dəstək göstərəcəklərini diqqətə çatdırıb.

Söhbət zamanı əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda tarixi filmlərin çəkilişi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Mədəniyyət naziri C.Kristofolini Mədəniyyət Nazirliyinin Yaradıcı Mərkəzi ilə tanışlığa, həmçinin bu il oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Görüşdə bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli də iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930