azturkxeber.az
http://azturkxeber.az

AzInTelecom bulud xidmətləri ilə növbəti beynəlxalq uğura imza atıb

03-09-2026

AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC dünyanın nüfuzlu texnologiya müsabiqələrindən olan "DCS Awards 2026"da uğurla təmsil olunub.

Azturkxeber.az xəbər verir ki, şirkət "AZINCLOUD" platforması ilə "İlin bulud layihəsi" (Cloud Project of the Year) nominasiyasında yüksək qiymətləndirilərək "runner up" (xüsusi fərqlənmə) statusunu qazanıb. Qaydalara əsasən, bu status yalnız texnoloji innovativliyi, etibarlılığı və yüksək göstəriciləri ilə fərqlənən layihələrə verilir.

Qeyd edək ki, "DCS Awards" hər il məlumat mərkəzləri, bulud xidmətləri və İT infrastrukturu üzrə dünyanın qabaqcıl texnologiya şirkətlərini və layihələrini müəyyən edir. Qlobal miqyasda rəqabətin yaşandığı və dünya telekommunikasiya liderlərinin yarışdığı müsabiqədə "AZINCLOUD"un fərqlənməsi “AzInTelecom”un İT infrastrukturunun beynəlxalq səviyyədə olduğunu göstərir.

“AZINCLOUD” haqqında

Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” “AzInTelecom” MMC-nin Avropanın qabaqcıl böyük bulud provayderi “Gcore” ilə əməkdaşlığı çərçivəsində yaradılıb. “AZINCLOUD” platforması istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, tam nəzarət edilə bilən infrastruktur və fasiləsiz texniki dəstək şəraiti yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930