Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı diqqətli olun.


Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinin saxta şəkildə satılması ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib.
Bu barədə Azturkxeber.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.
Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, son günlər quruma bu marşrut üzrə saxta biletlərin satışı ilə bağlı vətəndaş müraciətləri daxil olur.
Məlumata görə, bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.
ADY-dən qeyd olunub ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müvafiq qaydada müraciət edilir, araşdırmalar aparılır. Sui-istifadə hallarının qarşısı mütəmadi olaraq alınır, saxtakarlıq edən şəxslərin və sosial şəbəkə səhifələrinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun şəkildə cəzalandırılması təmin edilir.
Qurum bir daha diqqətə çatdırıb ki, ADY bu marşrut üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və bilet kvotası ayırmır.
Sərnişinlərə biletləri yalnız ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək tövsiyə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: