azturkxeber.az
http://azturkxeber.az

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

17-08-2026

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-dən Azturkxeber.az-a verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib.

Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər gənc əsgərlərə dövlətə, xalqa və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə sədaqətlə xidmət etməyi, yüksək hərbi intizam, sayıqlıq və məsuliyyət nümayiş etdirməyi, sərhədçi peşəsinin incəliklərinə dərindən yiyələnərək Vətən sərhədlərinin etibarlı mühafizəsində üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirməyi tövsiyə ediblər.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Tədbirdə Hərbi Andı qəbul edərək Vətənin müdafiəsi və dövlət sərhədlərinin etibarlı mühafizəsi kimi şərəfli və məsuliyyətli vəzifəni üzərlərinə götürən gənc əsgərlərin dövlətə, xalqa və Ali Baş Komandana sədaqətlə xidmət edəcəklərinə əminlik ifadə olunub, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

Mərasim zamanı valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31