azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın müstəqil monitorinq qrupu BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlayıb

10-08-2026

Bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində əsas beynəlxalq hüquqi sənədi olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin 20 illiyi qeyd olunur.

Azturkxeber.az xəbər verir ki, Ombudsman ölkəmizdə həmin Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi kimi fəaliyyət göstərir. Bu mandat çərçivəsində Ombudsmanın müstəqil monitorinq qrupu tərəfindən Konvensiyanın 20 illiyinə həsr olunmuş “20 il – 20 fakt” adlı maarifləndirici broşür hazırlanıb.

Broşürdə Konvensiyanın qəbul edilməsinin məqsədi, əlilliyi olan şəxslərin əsas hüquq və azadlıqları, BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komitəsinin mandatı, Azərbaycanın Konvensiyaya qoşulmasından sonra bu istiqamətdə həyata keçirilən hüquqi və institusional islahatlar, inklüzivliyin, müyəssərliyin və müstəqil həyat tərzinin təşviqi, habelə Ombudsmanın müstəqil monitorinq mexanizmi çərçivəsində həyata keçirdiyi fəaliyyət və irəli sürdüyü təşəbbüslər barədə məlumatlar təqdim olunub.

Nəşr əlilliyi olan şəxslər, onları təmsil edən vətəndaş cəmiyyəti institutları, dövlət orqanları, mütəxəssislər, tədqiqatçılar və tələbələr üçün faydalı məlumat mənbəyi olmaqla yanaşı, cəmiyyətdə bu sahədə maarifləndirmənin gücləndirilməsinə və əlilliyin insan hüquqlarına əsaslanan modelinin təşviqinə xidmət edir.

Azərbaycan və ingilis dillərində hazırlanmış broşürün mətni görmə qabiliyyəti məhdud şəxslər üçün müyəssər olması məqsədilə QR kod vasitəsilə dinlənilə bilən səsli formatda da təqdim edilib.

Broşürün tam mətni ilə buradan tanış ola bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31