Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib



Aprelin 25-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, aksiya çərçivəsində Abşeron rayonu, “Ceyranbatan” su anbarı ərazisində 1200 ədəd Eldar şamı ağacı əkilib. Eyni zamanda, ağacların əkildiyi məkanda təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: