azturkxeber.az
http://azturkxeber.az

İstanbulda Qars Təhsil və Mədəniyyət Vəqfi fəaliyyətə başlayıb

25-04-2026

İstanbulda Qars Təhsil və Mədəniyyət Vəqfi fəaliyyətə başlayıb. Aprelin 25-də vəqfin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turan, onun müavini Pərviz Məmmədzadə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul üzrə bölgə rəhbərləri, diaspor və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəşad Məmmədov bu kimi fəaliyyətlərin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına töhfə verdiyini, gələcəkdə daha böyük irəliləyişlərə səbəb olacağını bildirib. O, bu qurumun, adından da bəlli olduğu kimi, elm və mədəniyyət sahəsində iki ölkə arasında qurulan körpülərə öz müsbət təsirini göstərəcəyinə inamını ifadə edib.

Komitə sədrinin birinci müavini Valeh Hacıyev çıxışında ölkələrimiz arasındakı tarixi bağlar və sıx münasibətləri vurğulayaraq deyib: “Bu gün dünya olduqca çətin və keşməkeşli dövrdən keçir. Qlobal miqyasda hökm sürən natarazlıqlara baxmayaraq Azərbaycan və Türkiyə firavan həyatını davam etdirir. Bütün bunlar iki ölkənin liderləri, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı düzgün, sülhyönümlü siyasətin nəticəsidir. Ölkələrimiz arasındakı əlaqələr isə dünya üçün bir nümunədir”.

Digər çıxış edənlər də Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərini vurğulayaraq bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün atılan və atıla biləcək addımlar barədə danışıb, vəqfin hər iki ölkə üçün xeyirli olmasını diləyiblər.

Sonra tədbir iştirakçıları tərəfindən rəmzi qırmızı lent kəsilərək vəqf fəaliyyətə başlayıb.

Yeni yaradılan vəqfin rəhbəri Kamil Salduzdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930