azturkxeber.az
http://azturkxeber.az

Bakıda “Bernarda Albanın evi” tamaşasının premyerası

25-04-2026

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında görkəmli ispan yazıçısı Federiko Qarsia Lorkanın pyesi əsasında səhnələşdirilmiş “Bernarda Albanın evi” tamaşasının premyerası olub.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

1936-cı ildə qələmə alınmış əsərdə hadisələr Bernarda Albanın ərinin ölümündən sonra öz qızları üçün səkkizillik yas elan etdiyi bir evin qapalı məkanında cərəyan edir. Qara paltarlar, sevgi hisslərinin təzahürünə qoyulan qadağa, sərt qaydalar - bütün bunlar sadəcə zahiri görünüşdür. Bunun arxasında sərt nəzarət, ictimai rəy qorxusu və istəklərin boğulması dayanır.

Lakin evin divarları xaricində həyat davam edir - isti yay, azadlıq və fərqli bir reallıq hissi hökm sürür. Bir dəfə də olsun səhnədə görünməyən bir kişi artan daxili münaqişənin güclü katalizatoruna çevrilir. Hər səhnə ilə gərginlik güclənir, evdəki ab-hava hər hansı bir duyğunun artıq üsyan kimi qəbul edildiyi təzyiqin rəmzi olur.

Tamaşada rolları Azərbaycanın Xalq artisti Natalya Şarovskaya, Əməkdar artist Mələk Abbaszadə, həmçinin Olqa Arsentyeva, Dilarə Nəzərova, Səbinə Məmmədova, Səma Vəliyeva və Tamilla Abutalıbova ifa ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930