Milli Məclisin deputatları Əlcəzairə səfər edəcəklər

Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Əlcəzair ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov, qrupun üzvləri Mehriban Vəliyeva, Müşfiq Cəfərov və Bəhruz Məhərrəmov aprelin 25-də Əlcəzair Xalq Demokratik Respublikasının Əlcəzair şəhərinə səfər edəcəklər.
Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əlcəzair Milli Xalq Assambleyasının Azərbaycanla əlaqələr üzrə işçi qrupunun dəvəti əsasında baş tutacaq səfər çərçivəsində parlamentlərarası münasibətlərin inkişafı barədə müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfər aprelin 29-da başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: