azturkxeber.az
http://azturkxeber.az

Meksika səfiri Mariya Viktoriya Romero Kabalyero Naxçıvana səfər edib

24-04-2026

Aprelin 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.

Azturkxeber.az-ın məlumatına görə, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və Meksika Birləşmiş Ştatları arasında dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub. Naxçıvan Muxtar Respublikasının Orta Dəhliz üzrə kommunikasiyaların qurulmasında mühüm strateji bölgə kimi önəminə diqqət çəkilib. Regionun iqtisadi potensialı, həmçinin bərpa olunan enerji imkanları, sahibkarlara tətbiq edilən 10 illik vergi güzəştlərinin əhəmiyyəti və gələcəkdə azad iqtisadi zonaya çevriləcəyi istiqamətində həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Naxçıvan ilə Meksikanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər memorandumların imzalanması, ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsinin təşkili, eləcə də birgə akademik və elmi layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasındakı əməkdaşlıq məsələlərinə də toxunulub, səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Səfir Mariya Viktoriya Romero Kabalyero bildirib ki, səfərin əsas məqsədi Naxçıvanla tanışlıq və “Diego Rivera: daha yaxşı gələcəyin vədi” adlı sərginin təqdimatında iştirak etməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930