azturkxeber.az
http://azturkxeber.az

Çin uçuş zamanı dronları enerji ilə təmin edən mikrodalğalı şüa texnologiyasını nümayiş etdirib

22-04-2026

Çin uçuş zamanı dronları enerji ilə təmin edən mikrodalğalı şüa texnologiyasını nümayiş etdirib

Çinli tədqiqatçılar dronlara yerdən mikrodalğalı şüa vasitəsilə enerji ötürən sistemi uğurla sınaqdan keçiriblər. Mobil şüalandırıcı qurğu enerjini aparatın alt hissəsindəki antena qəfəsinə ötürərək fiziki bağlantı olmadan fasiləsiz enerji təmin edir.

Azturkxeber.az xəbər verir ki, təcrübə zamanı həm dronun, həm də yerüstü qurğunun hərəkətdə olduğu şəraitdə belə enerji ötürülməsi sabit saxlanılıb ki, bu da mühüm irəliləyiş sayılır.

Texnologiya pilotsuz uçuş aparatlarının havada qalma müddətini xeyli artıraraq fasiləsiz müşahidə və əməliyyat imkanlarını genişləndirə bilər. Nəticələr “Aeronautical Science & Technology” jurnalında dərc olunub. Tədqiqat Sidyan Universitetinin alimləri tərəfindən aparılıb.

Sınaqlarda sistem dronun təxminən 15 metr hündürlükdə 3,1 saata qədər uçuşunu təmin edib. Layihə rəhbəri Sun Livey bildirib ki, şüanın hərəkətdə olan hədəfə dəqiq yönəldilməsi GPS və real vaxt izləmə sistemlərinin inteqrasiyası ilə mümkün olub.

Mütəxəssislərin fikrincə, bu texnologiya böyük batareyalara ehtiyacı azaldaraq dronların daha yüngül və funksional olmasına şərait yarada bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930