Regional Ekoloji Sammitdə

Milli Məclisin deputatı Azay Quliyev Regional Ekoloji Sammitdə iştirak etmək məqsədilə aprelin 21-də Qazaxıstan Respublikasının Astana şəhərinə səfər edəcək.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Millət vəkili sammit çərçivəsində təbii ehtiyatların qorunması istiqamətində əməkdaşlıq imkanları, iqlim və ekoloji çağırışlara yönəlmiş praktik həll yolları ilə bağlı müzakirələrdə iştirak edəcək. Deputatımızın tədbirdə çıxışı nəzərdə tutulub.
Səfər aprelin 24-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: