azturkxeber.az
http://azturkxeber.az

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

20-04-2026

2026-cı ilin yanvar-mart aylarında 29 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.

Azturkxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarların 10-u hüquqi, 6-sı fiziki şəxsdir. Startaplardan 10-u Bakı şəhərindən, 6-sı isə regionlardandır. “Startap” şəhadətnaməsi almış biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, startapların əsas istiqamətləri e-ticarət və rəqəmsal marketinq, səhiyyə texnologiyaları, onlayn oyun istehsalı, səyahət və turizm xidmətləri, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri özündə ehtiva edir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. “Startap” şəhadətnaməsinin verilməsi, yaxud imtina edilməsi haqqında qərar KOBİA tərəfindən Ekspertlər Şurasının rəyi əsasında verilir. Ekspertlər Şurası Agentliyin nəzdində 12 nəfərdən ibarət olan müxtəlif dövlət qurumlarının nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir. Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930