Azərbaycanda bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verilib

Prezident İlham Əliyev "Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərmanında dəyişiklik edib.
Azturkxeber.az-ın məlumatına görə, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində səmərəliliyin artırılması və bazar tələbatının ödənilməsi məqsədilə Bakının Qaradağ rayonundakı "Qaradağ I və II", Qaradağ rayonu və Abşeron rayonundakı "Güzdək muldası" əhəngdaşı yataqları, Zaqatala rayonu ərazisində yerləşən "Katexçay I və II" , Balakən rayonu ərazisində yerləşən "Balakənçay I və II", Oğuz rayonu ərazisində yerləşən "Ağçay I" qum-çınqıl yataqları və İmişli rayonu ərazisində yerləşən "İmişli" qum-çınqıl yataqları daxilində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi yer təki sahələri "AzerGold" QSC-nin istifadəsinə verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: