azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan çempionu Ülviyyə Fətəliyeva Avropada şahmatçıları bir araya gətirdi

20-04-2026

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və ölkəmizin Slovakiyadakı səfirliyinin təşkilatçılığıyla qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu, beynəlxalq usta Ülviyya Fətəliyeva Vyana və Bratislavada şahmatçılar üçün seans keçirib.

Azturkxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu eyni vaxtda 15 iştirakçıya qarşı mübarizə aparıb. Ülviyyə Fətəliyeva şahmatçılarla görüşdən məmnun olduğunu və turnirin keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarılığını bildirib.

Xatırladaq ki,Azərbaycan çempionu olan Ülviyyə Fətəliyeva 2024-cü ildə Yunanıstanın Rodos şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa çempionatının qalibidir. Bu ilin mart ayında 8 ölkədən 10 şahmatçının qatıldığı turnirdə 9 turda 6,5 xal toplayaraq "IV Women's Chess Championship"də birincilik qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930