ADY Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə mayın 10-da Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Qurumdan Azturkxeber.az-a verilən məlumata görə, həmin gün qatarlar bu marşrutla hər iki istiqamətdə hərəkət edəcək.
Səfərlər Bakı-Ağdam istiqaməti üzrə saat 07:10-da, Ağdam-Bakı istiqaməti üzrə isə saat 18:10-da yola düşəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: