azturkxeber.az
http://azturkxeber.az

Yumurta min bir dərdin dərmanıdır

19-04-2026

Yumurta min bir dərdin dərmanıdır

Uzunmüddətli araşdırmanın nəticələrinə görə, hər gün bir ədəd yumurta yemək sağlamlıq üçün çox faydalıdır.

Azturkxeber.az xəbər verir ki, yumurta yüksək protein, vitamin və antioksidant tərkibi ilə orqanizmin qidalanmasında vacib rol oynayır. Ürək-damar sağlamlığını dəstəkləyir, “yaxşı xolesterin” (HDL) səviyyəsini tarazlayır və damar tutulması riskini azaldır.

Tədqiqatlar nəticəsində məlum olub ki, süfrədən yumurtanı əskik etməyənlərdə ürək tutması və insult ehtimalı da daha aşağı olur.

Yumurtada olan A, B12, D, E vitaminləri, omeqa-3, həmçinin lutein və zeaksantin göz sağlamlığı üçün faydalıdır. Uzunmüddətli istifadə katarakta və sarı ləkə xəstəliyi riskini də azaldır.

Yumurtadakı kolin maddəsi beyin hüceyrələrinin qorunmasına kömək edir, insult riskini azaldır. Tərkibindəki sink və kükürd isə əzələ gücünü artırır, saç və dırnaq sağlamlığını dəstəkləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930