azturkxeber.az
http://azturkxeber.az

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır

19-04-2026

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır

Hələ Birinci Türkoloji Qurultayın qətnamələrində türk xalqlarının maddi və mədəni abidələrinin öyrənilməsinə və qorunmasına ciddi diqqət yetirilməsi, qədim irsin düzgün qeydiyyatı və sənədləşdirilməsi, eləcə də bir çox abidələrin məhv edilməsi təhlükəsi nəzərə alınaraq onların qorunması üçün təxirəsalınmaz tədbirlərin görülməsi tövsiyə olunub.

Bu fikirləri Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova V Antalya Diplomatiya Forumu çərçvəsində keçirilən “Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına” mövzusunda keçirilən panel iclasda çıxışı zamanı bildirib.

Bunun çox mühüm bir sahiblənmə və davamlılığın göstəricisi olduğunu qeyd edin natiq deyib: “Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs təxminən bir əsr əvvəl dövrün görkəmli alimləri və ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930