azturkxeber.az
http://azturkxeber.az

İƏT Ombudsmanlar Assosiasiyası Naxçıvan Muxtar Respublikasına edilmiş dron hücumları ilə bağlı bəyanat yayımlayıb

14-03-2026

İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyası (İƏT OA) Naxçıvan Muxtar Respublikasına edilmiş dron hücumları ilə bağlı bəyanat yayımlayıb.

Azturkxeber.az xəbər verir ki, bəyanatda 2026-cı il 5 mart tarixində Naxçıvan Muxtar Respublikasına edilmiş hücumların ciddi narahatlıq doğurduğu, mülki infrastrukturun hədəfə alınmasının qəbuledilməz olduğu vurğulanıb. Bu cür hadisələrin mülki əhalinin təhlükəsizliyi ilə yanaşı, regionda sabitlik və təhlükəsizlik üçün də ciddi risk yaratdığı bildirilib.

Eyni zamanda, mülki şəxslərin və mülki infrastrukturun qorunmasının beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri olduğu, sülhün və sabitliyin qorunması naminə beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031