azturkxeber.az
http://azturkxeber.az

Monqolustan səfiri ilə şəhərsalma və WUF13-də iştirak məsələləri müzakirə edilib

27-01-2026

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Monqolustan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə görüş keçirib.

Komitədən bildirilib ki, görüş zamanı Monqolustanın BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak məsələləri, davamlı şəhər inkişafı ilə bağlı mövcud məsələlərə toxunulub. Həmçinin ölkələrimizin şəhərsalma siyasətləri ilə bağlı yanaşmalara dair fikir mübadiləsi aparılıb.

Komitə sədri Anar Quliyev səfirin Azərbaycandakı diplomatik missiyasının başa çatması ilə əlaqədar ikitərəfli münasibətlərin inkişafına verilən töhfəyə görə səmimi minnətdarlığını bildirib, ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031