Xəzər rayonunda marketdən oğurluq edən saxlanılıb
Xəzər rayonu ərazisində naməlum şəxs müştəri kimi marketə daxil olaraq oğurluq edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V. Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı onun 1 nəfərə məxsus velosipedi oğurlayaraq satdığı da məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: