azturkxeber.az
http://azturkxeber.az

Əlilliyi olan şəxslərə səyyar reabilitasiya xidmətləri göstərilib

23-01-2026

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Naxçıvan şəhəri, Culfa və Babək rayonlarında yaşayan əlilliyi olan bir sıra şəxslərə səyyar reabilitasiya xidməti göstərilib.

Əvvəlcədən qeydiyyata alınmış müraciətlər əsasında sağlamlıq imkanlarının məhdudluğu səbəbindən yaşayış ünvanlarından kənara çıxmaqda çətinlik çəkən vətəndaşlara səyyar protez xidməti təqdim olunub, onlara köməkçi və texniki reabilitasiya vasitələri, həmçinin mexaniki təkərli oturacaqlar verilib.

Səyyar reabilitasiya xidmətinin əsas məqsədi müvafiq kateqoriyadan olan şəxslərin gündəlik həyat şəraitinin yaxşılaşdırılması, onların sosial reabilitasiyasının təmin edilməsi və cəmiyyətə fəal inteqrasiyasına dəstək göstərilməsidir.

Bu istiqamətdə həyata keçirilən tədbirlər sosial həssas əhali qruplarının rifahının yüksəldilməsinə, dövlət sosial siyasətinin icrasında inklüzivliyin gücləndirilməsinə xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031