azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan idmançıları ötən il 444 medal qazanıb

22-01-2026

Naxçıvan idmançıları ötən il 444 medal qazanıb

Ötən il Naxçıvan idmançıları 198-i qızıl, 129-u gümüş, 117-si bürünc olmaqla, ümumilikdə, 444 medal qazanıb ki, bu da 2024-cü ildəki medal sayından çoxdur.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, 2025-ci ildə muxtar respublikanın bütün regionlarını əhatə etməklə 11 yerdə açıq hava idman qurğuları istifadəyə verilib. 2024–2025-ci illərdə isə muxtar respublika üzrə ümumilikdə 19 ərazidə açıq hava idman qurğuları quraşdırılıb.

Dövlət Proqramının 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında regionun idman infrastrukturunun yenilənməsini əhatə edən mühüm məsələlərdən biri də Naxçıvan Muxtar Respublika Stadionunda əsaslı təmir və yenidənqurma işlərinin icrası ilə bağlıdır. Ötən il ilkin mərhələdə stadionun modernləşdirilməsi və AFFA standartlarına uyğun əsaslı təmiri üzrə layihələndirmə işlərinə başlanıb. Dövlət Proqramı ilə yanaşı, hazırda “Sağlam məhəllə” layihəsi çərçivəsində Babək, Culfa və Şahbuz rayonlarında idman zonaları yaradılır, özəl investisiya hesabına bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031