azturkxeber.az
http://azturkxeber.az

Komitə sədri Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb

22-01-2026

Komitə sədri Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisinin yeni seçilmiş üzvləri ilə görüşüb.

Dövlət Komitəsinin sədri B.Muradova uşaqların ictimai fəaliyyətə cəlb edilməsi və uşaq hüquqlarının qorunması baxımından layihənin əhəmiyyətindən danışıb. Uşaq Səfirlər Məclisinin şəxsi inkişaf və özünü kəşf etmək baxımından mühüm platforma olduğunu bildirib. Məclisə seçilən uşaqları təbrik edərək onlara uğurlar arzulayıb.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqların Səfirlər Məclisinə seçim turu haqqında məlumat verib və 8 nəfərin müsahibədən uğurla keçdiyini bildirib.

Uşaq səfirlər bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildirib, özləri haqqında məlumat veriblər.

Sonda yeni seçilən səfirlərə üzvlük vəsiqələri təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031