azturkxeber.az
http://azturkxeber.az

Abşeron, Binəqədi və Qaradağ rayonlarında oğurluq edən şəxslər saxlanılıblar

22-01-2026

Abşeron, Binəqədi və Qaradağ rayonlarında oğurluq edən şəxslər saxlanılıblar

Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini polisə müraciət edərək “Hyundai” markalı nəqliyyat vasitəsindən bank kartının oğurlandığını, daha sonra həmin kartda olan pul vəsaitinin çıxarıldığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Mirzəyev saxlanılıb.

Bundan başqa, Binəqədi və Qaradağ rayonlarında məişət əşyaları, inşaat materialları, eləcə də marketlərdən oğurluq etməkdə şübhəli bilinən A.İsmayılov və M.Əzizov da polis əməkdaşları tərəfindən saxlanılıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031