azturkxeber.az
http://azturkxeber.az

İğdırda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

21-01-2026

Türkiyənin İğdır şəhərinin Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

İğdır Azərbaycan Dili, Tarixi və Mədəniyyəti Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin (İğdır Azərbaycan Evi) təşəbbüsü ilə təşkil olunan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar çıxışında bildirib ki, 1990-cı ilin Yanvar hadisələri Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olub, suverenlik uğrunda mübarizənin rəmzinə çevrilib.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev Qanlı Yanvar hadisələrini xalqımızın müstəqillik uğrunda qəti və dönməz iradəsinin nümayişi adlandırıb.

Diplomat qeyd edib ki, 1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünün pozulmasına etiraz edən, azadlıq və müstəqillik idealları ilə küçələrə çıxan dinc əhaliyə qarşı ağır cinayət törədilib.

Onun sözlərinə görə, şəhidlərin müqəddəs qanı ilə yazılan bu səhifə Azərbaycan xalqının azadlıq və istiqlal mübarizəsinin əbədi simvoluna çevrilib. “Həmin dövrdə qardaş Türkiyədə, xüsusən də İğdırda xalq "Bir millət, iki dövlət" anlayışı ilə küçələrə çıxaraq Azərbaycana dəstək nümayiş etdirib”,- deyə diplomat vurğulayıb.

Anım tədbiri tanınmış alim Sözer Akyıldırımın moderatorluğu ilə təşkil olunan panel müzakirələri ilə davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031