azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qətərin hərbi rəhbərliyi ilə görüşüb

21-01-2026

Bu barədə Azturkxeber.az-a verilən məlumata görə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qətərə səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Tani və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Casim bin Məhəmməd Al Mannai ilə görüşüb.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədovun da iştirak etdiyi görüşlərdə “DIMDEX 2026” sərgisinin ölkələrin dənizdən müdafiə qabiliyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər hərbi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə edərək Azərbaycan ilə Qətər arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, birgə hərbi təlimlərin keçirilməsinin vacibliyini bildirib, habelə maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031