Qanlı Yanvar şəhidlərinin xatirəsi Batumidə ehtiramla anılıb
Azərbaycanın Batumidəki Baş Konsuluğunda 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə şəhidlərimizin əzi xatirəsi bir dəqiqlik sükutla yad olunub.
Baş konsul Fuad Əzizov çıxış edərək 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda və sonrakı günlərdə ölkənin digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirdiyi qanlı hərbi müdaxilə nəticəsində yüzlərlə günahsız insanın həlak olduğunu, minlərlə insanın yaralandığını diqqətə çatdırıb. Bildirib ki, bu ağır faciə xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə iradəsini sındıra bilməyib, əksinə, milli azadlıq ruhunu daha da gücləndirib və Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsinə çevrilib.
Baş konsul, Ümummilli Lider Heydər Əliyevin faciəyə verdiyi siyasi-hüquqi qiymətin hadisələrin mahiyyətinin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynadığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu, onların ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər də 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixinə qızıl həriflərlər yazıldığını bildirib, şəhidlərin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını qeyd ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: