azturkxeber.az
http://azturkxeber.az

Cəbrayıl və Zəngilanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20-01-2026

Bu gün 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində, Cəbrayıl şəhərində, eyni zamanda, Cəbrayılın Horovlu və Cocuq Mərcanlı kəndlərində bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti müvəqqəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib, dövlət bayraqları matəm əlaməti olaraq endirilib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, anım mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, ərazidə fəaliyyət göstərən qurumların əməkdaşları, eləcə də sakinlər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031