“Azərsun Holdinq”in rəhbər heyəti 20 Yanvar şəhidlərinin xatirəsini anıb
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Azərsun Holdinq”in rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Ziyarət zamanı 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılıb, məzarları üzərinə qərənfillər düzülüb.
Qanlı Yanvar gecəsində xalqımızın azadlıq iradəsini boğmaq məqsədilə törədilmiş bu faciənin ölkə tarixində silinməz iz buraxdığı bir daha xatırlanıb. Qeyd edək ki, 20 Yanvar şəhidləri Azərbaycanın müstəqillik yolunda ilk qurbanları olmaqla yanaşı, milli azadlıq mübarizəsinin rəmzinə çevriliblər. Onların göstərdiyi mərdlik və fədakarlıq bu gün də xalqımız üçün qürur mənbəyidir və gələcək nəsillərə örnəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:



