azturkxeber.az
http://azturkxeber.az

Ağdaşda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib

20-01-2026

Ağdaş rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Rayonun Şəhidlər kompleksində təşkil olunan tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad olunub.

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım mərasimi zamanı şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül-çiçək dəstələri düzülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031