21 Yanvardan Abşeron Dairəvi Dəmir Yolu üzrə Qatarların Hərəkət Cədvəli Yenilənir

Yanvarın 20-də qatarlar qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək.
Qatarlardan birinin planlı təmirə cəlb olunması ilə əlaqədar 21 yanvar tarixindən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək.
Yeni qrafikə əsasən:
Sumqayıtdan saat 07:30 və 08:00-da yola düşən ekspres qatarlar Bakıxanov stansiyasında da dayanacaq;
Bakıdan saat 18:05-də yola düşən Pirşağı–Sumqayıt ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.
Qeyd edək ki, şənbə və bazar günləri üzrə hərəkət cədvəlində dəyişiklik nəzərdə tutulmur.
Yeni hərəkət cədvəli ilə tanış olmaq üçün:
https://ticket.ady.az/az/yeni-hereket-cedveli
Daha ətraflı məlumat:
https://tinyurl.com/21-yanvar-qrafik
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: