azturkxeber.az
http://azturkxeber.az

Abşeron rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

18-01-2026

Abşeron rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub VİDEO

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Chevrolet Cobalt” markalı 90-YL-765 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan İmanzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, o, Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb.

Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsi idarəetmə hüququnun olmadığı da müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K. İmanzadə 15 sutka inzibati qaydada həbs olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031