azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanda sərnişin avtobusu aşıb, dörd nəfər həlak olub

16-01-2026

Qazaxıstanda sərnişin avtobusu aşıb, dörd nəfər həlak olub

Qazaxıstanın Manqıstau vilayətində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, nəticədə dörd nəfər həlak olub.

Qəza yanvarın 16-da saat 01:03 radələrində qeydə alınıb.

Bildirilib ki, “Yutong” markalı sərnişin avtobusu Aktau şəhərindən Beyneu qəsəbəsi istiqamətində hərəkət edərkən sürücü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb.

Yol-nəqliyyat hadisəsi zamanı avtobusun salonunda 50 nəfər olub. Qəza nəticəsində hadisə yerində dörd sərnişin həlak olub, daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisələrinə çatdırılıb.

Faktla bağlı Manqıstau vilayətinin Polis Departamenti tərəfindən hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə zəruri istintaq tədbirləri həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031