azturkxeber.az
http://azturkxeber.az

Monitorinq və hesabatlılıq sahəsində potensialın artırılması üzrə xüsusi təlimlər keçirilib

16-01-2026

Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dünya Bankı arasında əməkdaşlıq çərçivəsində proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiqi sahəsində potensialın artırılması üçün xüsusi tədris proqramı üzrə təlimlərin növbəti mərhələsi keçirilib.

12-16 yanvar tarixlərində qrup formatında təşkil edilmiş təlimlərdə yeni büdcə mexanizminə keçid islahatlarına cəlb olunmuş “Təhsil”, “Sosial müdafiə və sosial təminat”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarında fəaliyyət göstərən 49 dövlət qurumundan 150-dən çox nümayəndə iştirak edib.

Dünya Bankının “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində təşkil etdiyi təlimlərin məqsədi sektorlarda fəaliyyəti olan təşkilatlarda monitorinqin aparılması üçün icra hesabatlarının, habelə sektor üzrə strateji hədəflərə nail olunmasının icra vəziyyəti barədə hesabatın hazırlanması sahəsində potensialın artırılmasıdır.

Təlimlər müddətində Dünya Bankının ekspertləri tərəfindən icra göstəricilərinin, o cümlədən tədbirlərin icrasından əldə edilmiş nəticələrin təhlil edilməsi yolu ilə monitorinqin aparılması sahəsində praktiki məşğələlər və interaktiv sessiyalar təşkil olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031