Əmək Hüquqlarında bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi

Əmək münasibətlərində ayrı-seçkiliyə yol verilmir!
Əmək münasibətlərində işçilər arasında vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, habelə işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi və əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə hər hansı formada ayrı-seçkiliyə yol verilməsi qadağandır.
Bilavasitə və ya dolayısı ilə imtiyaz və güzəştlərin müəyyən edilməsi, eləcə də hüquqların məhdudlaşdırılması yolverilməzdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: