azturkxeber.az
http://azturkxeber.az

Yasamalda evdən və avtomobildən oğurluq edənlər saxlanılıblar

12-01-2026

Yasamalda evdən və avtomobildən oğurluq edənlər saxlanılıblar

Paytaxtın Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun A. M. Şərifzadə küçəsindəki mənzillərin birinin qapısının açıq olmasından istifadə edən naməlum şəxs oraya daxil olub, ev sahibinin 147 manatını talayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı M. Əzimov müəyyən edilərək saxlanılıb.

Rayon sakini polisə müraciət edərək ona məxsus “Volkswagen” markalı avtomobilindən naməlum şəraitdə videoqeydiyyat qurğusunun və monitorun oğurlandığını bildirib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı E. Hacıyev müəyyən edilərək saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031