azturkxeber.az
http://azturkxeber.az

Britaniya Qrenlandiyada NATO missiyası yaratmaq və qoşun yerləşdirmək imkanını müzakirə edir

11-01-2026

Britaniya Qrenlandiyaya qoşun göndərə bilərBöyük Britaniya hökuməti Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək və onun ABŞ tərəfindən ilhaqının qarşısını almaq üçün digər Avropa ölkələri ilə adaya qoşun göndərmək imkanlarını müzakirə edir.Bu barədə həftəlik "The Sunday Telegraph" qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.Qəzetin məlumatına görə, Böyük Britaniya hərbi komandanlığı Qrenlandiyada NATO missiyasının yaradılması planlarını hazırlayır. Qeyd olunur ki, son günlər Britaniya rəsmiləri hərbi kontingentlərin yerləşdirilməsi üçün hazırlıqlara başlamaq üçün Fransa və Almaniya da daxil olmaqla, avropalı həmkarları ilə bir neçə görüş keçiriblər. Nəşr planların hələ ilkin mərhələdə olduğunu qeyd edib. Güman edilir ki, London NATO missiyasına yalnız şəxsi heyət deyil, həm də hərbi gəmilər və təyyarələr də töhfə verə bilər.Qəzet əlavə edib ki, Avropa ölkələri Qrenlandiyada NATO-nun artan hərbi iştirakının ABŞ Prezidenti Donald Trampı adanı ilhaq etmək planlarından imtinaya inandıracağına ümid bəsləyirlər. "The Sunday Telegraph"ın məlumatına görə, NATO missiyasının yaradılması Amerika liderinə qələbə iddiasına imkan verəcək, çünki Avropa ölkələri Atlantik okeanının bu hissəsində təhlükəsizliyin təmin edilməsi xərclərini öz üzərinə götürəcəklər.Böyük Britaniya hökumətindəki mənbə qəzetə bildirib ki, NATO daxilində regionda təhlükəsizliyin gücləndirilməsi üçün danışıqlar davam edir: "Biz heç vaxt tələsmirik, lakin Böyük Britaniya Arktikada çəkindirmə və müdafiəni təmin etmək üçün NATO müttəfiqləri ilə səylər göstərir".Qoşun göndərmə variantının 8 yanvarda Brüsseldə keçirilən NATO müttəfiqlərinin görüşündə müzakirə edildiyi vurğulanır. Bu görüşün yekunlarına görə NATO-nun Avropa Birgə Qərargahına Arktikada təhlükəsizliyin gücləndirilməsinin mümkün yollarını müəyyən etmək tapşırılıb. Nəşrin məlumatına görə, bu, Qrenlandiyaya tammiqyaslı qoşunların yerləşdirilməsi və ya adada qısamüddətli təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə xərclərinin Arktika regionunun xeyrinə alyans daxilində yenidən bölüşdürülməsini əhatə edə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031