azturkxeber.az
http://azturkxeber.az

Zaqatalada iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

10-01-2026

Yevlax-Zaqatala-Gürcüstan magistralının Zaqatala rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yengiyan kənd sakini 39 yaşlı Dilqəm Məmmədovun idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Əliabad qəsəbə sakini 39 yaşlı Xəyalə Herovovanın idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobil ciddi deformasiyaya uğrayıb. Həmçinin hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının həkimləri yaralılara ilkin tibbi yardım göstərdikdən sonra onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031