azturkxeber.az
http://azturkxeber.az

Şamaxıda və Göyçayda heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilib

10-01-2026

Şamaxı və Göyçay rayonlarındakı heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb.

Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.

“Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir”, - deyə məlumatda bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031