azturkxeber.az
http://azturkxeber.az

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

17-11-2025

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Noyabrın 15-də və 16-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 34, dələduzluğa görə axtarışı aparılan 21 və ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı həyata keçirilən 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 26,5 kiloqramdan artıq narkotik vasitə və 9 min ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan 4 avtomat silahı, 8 tüfəng, 8 patron darağı və müxtəlif çaplı 229 ədəd patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930