azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlarla videoqəbullar keçirir

07-11-2025

Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlarla videoqəbullar keçirir

Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin edilməsi, regionlarda yaşayanların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabr ayı ərzində nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Bələdiyyələrlə iş baş idarəsi, İcra xidməti, İnsan resursları idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi, Tibb baş idarəsi və İstintaq idarəsinin rəhbərliyi tərəfindən Şəki, Şirvan, İmişli, Xaçmaz, Göyçay, Lənkəran, Bərdə, Şəmkir və Gəncə regional ədliyyə idarələri ilə birlikdə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.

Videoqəbullarda nazirliyin fəaliyyət istiqamətləri üzrə 51 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930