azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyev: Azərbaycan-Malayziya əməkdaşlığının genişlənməsi məmnunluq doğurur

31-08-2025

Prezident İlham Əliyev: Azərbaycan-Malayziya əməkdaşlığının genişlənməsi məmnunluq doğurur

Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur.

Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Malayziyanın Kralı Sultan İbrahimə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlandığı məktubda yer alıb.

Dövlətimizin başçısı İlham Əliyev məktubunda Kral Sultan İbrahimi və Malayziya xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edərək bildirib: “Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir”.

Azərbaycan Prezidenti əlamətdar gün münasibətilə Malayziyanın Kralı Sultan İbrahimə cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Malayziya xalqına daim rifah və firavanlıq diləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031