azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Hemodializ Mərkəzi üçün alınan tibbi avadanlıqların yerləşdirilməsi prosesi həyata keçirilir

31-08-2025

Naxçıvan Muxtar Respublikasında səhiyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan addımlar çərçivəsində Hemodializ Mərkəzi üçün ümumilikdə 53 hemodializ aparatı və pasiyent komfortunu təmin edən 48 hemodializ kreslosu alınıb.

Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, kreslolar 3 mühərrikli idarəetmə sisteminə, Wi-Fi bağlantısı və qulaqcıq çıxışına malik olmaqla, müalicə zamanı pasiyentlərin rahatlığını təmin etməyə yönəlib. Bu avadanlıqların bir qismi – hemodializ cihazları və funksional kreslolar artıq mərkəzə təhvil verilib, hazırda yerləşdirmə prosesi həyata keçirilir.

Qeyd edək ki, rayonlarda da əhaliyə göstərilən hemodializ xidmətinin keyfiyyətinin artırılması məqsədilə yaxın zamanda Şərur Regional Tibb Mərkəzinin tabeliyində olan Şərur Rayon Mərkəzi Xəstəxanası və Kəngərli Rayon Mərkəzi Xəstəxanasına, həmçinin Culfa Regional Tibb Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Culfa və Ordubad Rayon Mərkəzi Xəstəxanalarına da hemodializ cihazları və kresloları təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031